15 May 2014 12:22
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali məktəblərə qəbul planı artım olub. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ali məktəblərə ayrılan qəbul planı 37956 yer təşkil edir. Ötən il isə bu rəqəm 36537 olub. Bu ilki yerlərin sayı ötən illə müqayisədə 3,88 faiz çoxdur.

Bu il I qrupa 12052, II qrupa 10969, II qrupa 10453, IV qrupa isə 4482 yer ayrılıb.
2013-cü ildə I qrup üzrə 11596, II qrup üzrə 10094, III qrup üzrə 10397, IV qrup üzrə isə 4450 yer ayrılıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.

Bu il I və IV qruplar üzrə qəbul imtahanı iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də olacaq.


Müəllif: