15 May 2014 12:42
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda 2 milyon ailə var. Hər il orta hesabla ölkədə 80 mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır.

Teleqraf.com-un məlumatına görə bunu Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib.

Komitə sədri deyib ki, ailə institutunun möhkəmləndirilməsi, reprodukdiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən nəslə ötürülməsi, məişət zorakılığının aradan qaldırılması, valideyn məsuliyyətinin artırılması əsas vəzifələrdəndir: “Bu görülən işlərin davam etdirilməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Həmin Konsepsiyaya əsasən “Azərbaycan ailəsi Strategiyaası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Milli Fəaliyyət Planının, “Uşaq Strategiyası”nın, “Ailə psixoloqu” İnstitutunun hazırlanması nəzərdə tutulur”.

Fidan Əliyeva


Müəllif: