15 May 2014 12:50
1 605

İnşaatçılar prospekti müvəqqəti bağlanır.

“Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, İnşaatçılar prospektində (İzmir küçəsi ilə kəsişmədən Hüseyn Cavid parkına qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.

Sürücülərə alternativ olaraq Ak.Şəfayət Mehdiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.


Müəllif: