13 Fevral 2015 10:56
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova “2014-cü ilin ən yaxşı mətbuat xidməti” sosial sorğusunun qalibi olaraq diplomla təltif olunub.

Teleqraf.com-un məlumatına görə, şöbə rəisini Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan “Azərbaycan Universitetleri” səhifəsi Azərbaycanın bütün tələbələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin ən yaxşı mətbuat xidməti rəhbəri seçib.

Diplomu Zeynab Kazımovaya “Azərbaycan Universitetleri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman təqdim edib.

Xatırladaq ki, təltif olunanlar arasında BDU-nun və ADA-nın analoji struktur rəhbərləri də yer alır.

Naibə QURBANOVA


Müəllif: