13 Fevral 2015 13:10
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov 2015-ci il parlament seçkilərində iştirakla bağlı qərarını verməyib.

Millət vəkili Teleqraf.com-un əməkdaşına açıqlamasında bildirib ki, o, Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın siyahısı ilə namizədliyi irəli sürülüb, deputat seçilib: "Əgər partiya məsləhət bilsə, mən namizəd olacam, əks təqdirdə yox. Bitərəf deputat olsaydım, müstəqil şəkildə namizədliyimi irəli sürə bilərdim. Əgər partiya namizədliyimi irəli sürməsə, onun qərarına qarşı çıxmayacam".

İlkin Əliyev


Müəllif: