13 Fevral 2015 13:20
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” QSC-yə təyin olunmazdan öncə prezident İlham Əliyev məni qəbul etdi. Qarşıma vəzifələr qoydu. Tapşırdı ki, Azərbaycanın dəmir yolu sistemini, qatarları Avropa standartlarına uyğunlaşdırmalıyıq. Həm keyfiyyət, həm də xidmətin səviyyəsi yüksəlməlidir. Bu işləri həyata keçirmək üçün maliyyə imkanları olmalıdır. Dəmir yollarında uzun müddət qalan problemlər var. Bu sahədə islahatlar yüksək səviyyədə aparılmayıb. Yollar təzələnməli, yenidən çəkilməlidir. Görüləcək işlər çoxdur".

Bunu Teleqraf.com-a “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

Kadr islahatlarına toxunan C.Qurbanov deyib ki, yaxşı çalışan işçilər fəaliyyətlərini davam etdirəcəklər: "Mən dəmir yolunda çalışanları əvvəlcədən tanıyıram. Özüm də uzun müddət burada çalışmışam".

Deputat 12 min qatarın və 2000 km dəmir yolunun dəyişdirilməsinin vacibliyini qeyd edib.

İlkin Əliyev


Müəllif: