14 Fevral 2015 10:26
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa şəhərinin Gemlik rayonunda yaşayan gənc sevgilisindən ayrıldığına görə intihara cəhd edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, depressiyaya düşən 24 yaşlı Fevzi A. yaşadığı 6 mərtəbəli binanın damına çıxıb. Sevgilisinə həsr etdiyi mahnını səsləndirərək, çəkdiyi videonu sosial mediada paylaşan oğlan özünü oradan atmağa cəhd edib. Ancaq polis əməkdaşları buna imkan verməyib.

Fevzi A. Gemlik Dövlət Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


İntihara kalkıştığı çatıda kendi görüntüsünü... cumhuriyet


Müəllif: