14 Fevral 2015 17:05
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Vitali Smirnovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə Vitali Georgiyeviç Smirnov “Dostluq” ordeni ilə təltif edilsin.

Rusiya Oilmpiya Komitəsinin fəxri prezidenti V.Smirnov, eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin və Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.


Müəllif: