16 Fevral 2015 12:01
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin yanvar ayında ümumilikdə 38988 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu vəsaitin 22765 manatı əmək haqlarından, 2640 manatı zərərə görə ödənclərdən, 13583 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin gecikdirilməsi halları əsasən sahibkarlıq subyektlərində aşkar edilib.

Qeyd olunan sahəyə dövlət nəzarətinin gücləndirilməsi yanvar ayında gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalmasına səbəb olub.

Eyni zamanda, son bir ayda qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 5 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

Naibə QURBANOVA


Müəllif: