18 Fevral 2015 12:13
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “İşğal altında qalmış dini abidələrimiz: Tarixi yaddaşın izi ilə” adlı konfrans keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Komitə sədri Mübariz Qurbanlı deyib ki, işğal altında çoxsaylı abiədlərimiz qalıb. Onun sözlərinə görrə, bu abidlər içərisində məscidlər, kitabxanalar və digər abidələr var: “Ermənilər bu abidələrin məhv edilməsinə çalışır. Amma buna baxmayaraq, dövlət qurumları və fondlar tərəfindən həmin abidələr haqqında məlumatları dünya ictimaiyyətinə çatdırırıq. Müxtəlif dillərdə həm İrəvanda, həm də Qarabağda olan abidələrin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı xeyli işlər görülüb. Bu iş indi də davam etdirilir və bununla da Prezident İlham Əliyevin hücum diplomatiyasına dəstək vermiş oluruq”.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, işğal olunmuş torpaqlarında nəinki məscidlər, o cümlədən ruslara məxsus kilsələr və digər abidlər də dağıdılıb. Onun sözlərinə görə, Azərbaycan hər zaman başqa millətlərin mədəniyyətlərinə hörmətlə yanaşıb: “Təəssüflər olsun ki, Avropa cəmiyyəti bu mədəniyyəti qoruya bilmir. Avropa Komissiyasının sənədlərində tolerantlıqla bağlı məsələlər öz əksini tapıb. Ancaq bu gün Avropada yaşanılan böhranın nəticəsində islamafobiya həddən artıq yayılıb. Azərbaycan bu gün öz mədəniyyətini qoruyur, bura tolerantlıq və sair daxildir. Əlbəttə ki, bu bizim yaşam tərzimizdir və imkan vermək lazım deyil ki, buna zərər vursunlar”.

Komitənin əməkdaşı Əliheydər Zülfüqarov bildirib ki, bu gün erməni işğalı təkcə torpaqlarla məhdudlaşmır, bu, həmçinin mədəniyyətimizin və digər sahələrin işğalıdır. Onun sözlərinə görə, işğal altında olan bütün tarixi və mədəni abidələrin qorunması mühüm istiqamətlərdən biridir: “900 abidə var, onun 300-ü dini abidlərdir. Onlardan 60-ı məscidlərdir. Ermənistanın işğalı 3 istiqamətdə aparılır. Bunlardan biricisi, dağıdıcılıq, ikincisi özgələşdirmək, 3-cü isə Alban kilsələri qriqoryanlaşdırılır. İrəvandakı Şah Abbas məscidinə qarşı ermənilər tərəfindən dağıdıcılıq siyasəti həyata keçirib. Sovet dönəmindən qalan qalıqlar isə hazırda ermənilər tərəfindən tamamilə dağıdıblar, yalnız məscidin bir divarı qalıb. Eyni zamanda İrəvanda olan Göy Məscid İranın bir şirkəti tərəfindən bərpa olunub, ancaq üzrəində fars dilində qeyd edilən fikirlər bunun bir İran məscidi olması təəssüratını yaradır. Şuşa məscidləri özünəməxsusluğu ilə Qarabağ bölgəsində seçilib. Orada da ermənilər məscidləri dağıdıblar. Ağdam məscidindən çəkilər şəkillər isə daha ürəkağrıdıcıdır. Xarici jurnalistlərin lentə aldığı şəkillərdə məscidin daxilində heyvan saxlayırlar”.

Ə.Zülfüqarov deyib ki, ermənilər Alban məbədlərini isə özününküləşdirək üzərində olan alban yazılarını məhv ediblər. Onun sözlərinə görə, bir sıra erməni müəllifləri özləri belə bu abidələri ermənilərə heç bir aidiyyatı olmadığını qeyd edirlər.

İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidıələrinin müdafiəsi İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, ermənilər beynəlxalq hüquqa ziddi olaraq Azərbaycana məxsus abidələri dağıdırlar, özününküləşdirilər. Onun sözlərinə görə, bizə məxsus abidələri özəlləşdirdiyini düşünən ermənilər bu abidələrin adlarını dəyişir, erməniləşdirir.

Bəxtiyar


Müəllif: