18 Fevral 2015 13:46
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Türkiyənin media qurumları və bir çox televiziyalarında təcrübə keçiblər.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, Radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi iştirak edib.

Bir həftəlik səfər müddətində tələbələr TİKA, TRT, TRT Ankara radiosu, TRT muzeyi, Anadolu Agentliyi, “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsinin rəhbərləri ilə görüşüb, təlim-təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında baş tutub.

NİGAR


Müəllif: