18 Fevral 2015 14:49
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Mürsəliyev: “Qeyri neft sektorunun ən böyük sərməyadarı Azərcelldir”

Azercell Telelcom 2014-cü ilidəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabatını açıqladı.

Teleqraf.com xəbər verir ki, Azercell Telecom-un icraçı prezidenti Vahid Mürsəliyev bildirdi ki, ötən il Azercell şirkəti üçün yüksək rəqabət şəraitində keçib, bir sıra maraqlı yeniliklər edib, mobil operator bazarına yeniliklər gətirib.

Vahid Mürsəliyev dedi ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən şirkət 2014-cü ildə qeyri-neft sektorunun bir nömrəli vergi ödəyicisi olub: “Ənənəvi olaraq bu il də vergi ödəyicisi kimi ön sıradayıq. 112 milyon manat vergi ödəmişik. Fəaliyyət göstərdiyimiz 18 ildə isə dövlət büdcəsinə 1 milyard 200 milyona yaxın vəsait ödəmişik”.

Ölkənin qeyri-neft sektorunun ən böyük sərməyədarı olaraq Azercellin ötən il ərzində telekommunikasiyanının inkişafına 57 milyon manat, 18 il ərzində isə 1,67 milyard manat sərmayə yatırdığını vurğulayan Vahid Mürsəliyev ölkədə investorlara yaradılan şəraitdən sərfəli şəkildə yararlandığını bildirdi: “Yatırdığımız sərmayələr əsasən xidmətimizin yaxşılaşdırılmasına, şəbəkəmizin genişləndirilməsinə sərf edilib. Bəzən rayonlarda, xüsusilə antenalarda müəyyən problemlər yaşanır ki, bu problemlərin əslində şirkətimizə aidiyyəti yoxdur. Hava şəraiti ilə, yaxud elektrik təchizatında olan problemlərdir bunlar. Amma biz bu problemləri də həll etməyə tamamən yaxınlaşmışıq, bu istiqamətdə də sərmayələr yatırmağa davam edirik. Bundan başqa mobil internetin inkişafında da şirkətimiz xidmət göstərib. 2014-cü ildə Azərbaycanda mobil internetdən istifadəçilərin sayı 65 faiz artıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu faktı bir neçə dəfə qeyd edib ki, şirkətimiz bu sahədə önəmli rol oynayıb”.

Vahid Mürsəliyev dedi ki, 2014-cü il ərzində Azercell müştərilərinə bir neçə taarif paketləri təqdim edib: “Fakturasız simkart abunəçiləri üçün ən əlverişli tarif paketi ”Gəncol”dur ki, bu taarif paketimizdən ötən il 2 milyon abunəçilərimiz istifadə edib. Fakturalı xətt abunəçiləri üçün “Hədsiz” tarif paketi təqdim etmişik ki, orada da qiymətlərin 50-75 faiz endirimi mövcuddur. Şirkətimizin həyata keçirdiyi əlverişli kampaniyalardan biri də abunəçilərimizin Smartfon-lardan istifadəsidir ki, 2014-cü ildə onların 60 faizə qədər artıb”.

Bundan başqa icraçı prezident bir çox ölkələrlə rouminq taariflərində 65 faizə qədər endirimlər olmasından, zəng mərkəzinə 3 milyon 718 min 547 zəng daxil olmasından, 1 milyon 776 min 50 nəfər müştərinin xidmət mərkəzini ziyarət etməsindən və 96 faiz müştərinin istəyinin həyata keçirilməsindən danışdı: “Tələbə təqaüdləri proqramından 137 tələbə yararlanıb. Gənc sahibkarlara dəstək vermək üçün Barama ofisimiz fəaliyyət göstərir. Jurnalist dostlarımız üçün də Barama layihəsi həyata keçiririk. 30 yaxın tələbə jurnalist sahibkarlıq fəaliyyətinə başlayıb”.

Sevil HİLALQIZI


Müəllif: