19 Fevral 2015 17:55
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dövlətinin siyasəti nəticəsində bütün bölgələrimiz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir”.

Teleqraf.com-un məlumatına görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hazırda bölgələrin inkişafı şəhərlərlə paralel olaraq davam edir. Onun sözlərinə görə, rayonlarda yeni iş yerlərinin açılması əhalinin şəhərlərə axınının qarşısını alıb.

“10 il bundan əvvəllə müqayisə etsək görərik ki, regionlarımızın inkişafı heç də Bakıdan geri qalmır. Vətəndaşlarımızın harada yaşamaqlarından asılı olmayaraq, dövlət tərəfindən hər kəsə eyni qaydada qayğı göstərilir. İnanırıq ki, bu inkişaf gələcəkdə daha böyük vüsət alacaq. Regionların inkişafı əhalinin rifahının daha da yüksəlməsində böyük əhəmiyyət kəsb edir”, – deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Səxavət


Müəllif: