21 Fevral 2015 21:10

Bu gün Bakıda hava şəraitinin kəskin dəyişməsi fəsadsız ötüşməyib.

Teleqraf.com-un xəbərinə görə, külək və qarla müşayiət olunan hava şəraiti paytaxt sakinlərinə bir sıra problemlər yaradıb.

Yasamal rayonu, Bəsti Bağırova küçəsində (Statistika Komitəsinin yaxınlığında) güclü külək binalardan birindən üzlük daşının qırılaraq yolda dayanan avtomobillərin üzərinə tökülməsinə səbəb olub. Nəticdə "Mercedes" markalı avtomobilin ön şüşəsi tamamilə qırılıb.

Teleqraf.com-un əməkdaşının hadisə yerindən çəkdiyi görüntüləri təqdim edirik.

Dəniz Əliyeva


Müəllif: