22 Fevral 2015 20:12
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərin reallaşdırılması nəzərdə tutulub. İslamabaddakı Preston Universitetində təşkil olunacaq “Xocalı soyqırımı-insanlığa qarşı cinayət” adlı seminar da bu qəbildəndir.

Teleqraf.com-un məlumatına görə, həmçinin Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun ölkənin nüfuzlu ingilisdilli “Pakistan Observer”, “Pakistan in the World” qəzetlərində, “Centreline” jurnalı və “DNA News” informasiya agentliyində “Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırkı durumu, hüquqi aspektləri” adlı məqaləsinin dərc edilməsi nəzərdə tutulub. Eyni zamanda urdudilli “Al Azhar ”, “Chang” qəzetlərində jurnalist Raca Mahmud Battinin “ Xocalı soyqırımı: tarixin acı səhifəsi ” adlı məqaləsinin dərc olunacaq.

Pakistanın böyük nüfuza malik olan DAWN TV kanalında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı dəhşətlərini əks etdirən videomaterial nümayiş etdiriləcək. Pakistan Prezident Aparatının yüksək səviyyəli məmurları, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvlərinin iştirakı ilə faciə ilə bağlı ayrıca görüşün keçirilməsi də nəzərdə tutulur. Xocalı faciəsinin törədildiyi gün, yəni fevralın 26-da Bari İmam ziyarətgahında ehsan veriləcək.


Müəllif: