16 May 2014 10:23
522

Türkiyənin İstanbul şəhərində, Zeynəbiyyə məscidində Qazi Hacı Mirəziz Seyidzadənin vəfatı ilə bağlı taziyə mərasimi keçirilib.

AZADİNFORM xəbər verir ki, mərasimdə Türkiyə Cəfərilərinin lideri Şeyx Səlahəddin Özgündüz, tanınmış din xadimləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Hacı Mirəziz Seyidzadənin Azərbaycanla yanaşı, Türkiyədə də hörmətlə xatırlanacağını bildiriblər. Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri olan M.Seyidzadə İslam dini, onun ehkamları, görkəmli şəxsiyyətləri barədə bir neçə kitabın müəllifidir.

Xatırladaq ki, “Zeynəbiyyə” TV Hacı Mirəziz Seyidzadə ilə bağlı video-rolik də hazırlayıb.


Müəllif: