23 Fevral 2015 10:04
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli valyutasının ucuzlaşması ölkəyə xaricdən gətirilən mobil telefon bazarında ciddi qiymət artımına səbəb olub.

Teleqraf.com xəbər verir ki, hazırda bir çox telefon mağazaların veb-saytları işləmir. Saytlara daxil olarkən, texniki işlərin aparıldığı və saytın tez bir zamanda işini bərpa edəcəyi bildirilir. Lakin böyük ehtimalla bu, həmin mağazanın qiymətləri yenidən hazırlaması ilə əlaqədardır.

Hazırda fəaliyyət göstərən mağazalarda isə yanvarda qiyməti 100 manat azalaraq, 599 manata düşmüş 16 GB yaddaşlı iPhone 6 smartfonu artıq 850 manata, yanvarda 899 manata satılan, yaddaşı 16 GB təşkil edən iPhone 6 Plus smartfonu isə 1055 manata satılır. 128 GB yaddaşlı iPhone 6 Plus-un qiyməti isə nə az-nə çox - düz 1356 manat təşkil edir. Qiymətlər təkcə Apple şirkətinin deyil, digər istehsalçıların məhsullarına da təsir göstərib.

Rüstəm


Müəllif: