23 Fevral 2015 14:07
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın sədri Cəmil Həsənli qızı Günel Həsənlinin həbs olunduğu barədə xəbərlərə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, C.Həsənli özünün Facebook səhifəsində yazıb ki, qızı hazırda evdədir: “Artıq dünəndən bəri mənim qızım Günel Həsənli ilə bağlı KİV-də və sosial şəbəkdələrdə çoxlu məlumatlar gedib. Bu məlumatların çoxunda Günelin artıq həbs edildiyi bildirilir. Bundan narahat olan çoxlu dostlar, tanışlar və qohumlar mənə müraciət edib öz narahatçılıqlarını ifadə edirlər. Bu dəstəyə görə mən onların hamısına dərin təşəkkürümü bildirirəm. Günel həbs olunmayıb və evdədir. Hökmdən Apeliyasiya Məhkəməsinə şikayət veriləcək və yalnız yuxarı instansiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minəcək. Yasamal rayon məhkəməsi Günelə 1 il 6 ay məntəqə tipli cəza verib. Bu azadlığın və hərəkətin məhdudlaşdırılmasını özündə ehtiva edən məntəqə tipli cəza növüdür”.

Qeyd edək ki, Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da “KİA” markalı avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.

Nərgiz


Müəllif: