16 May 2014 11:35
462

Mayın 17-18-də Azərbaycan Travmotoloq və Ortopedlərin I qurultayı keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, qurultayının əsas məqsədi ölkədə bu sahə üzrə vəziyyəti təhlil etmək, kadr potensialını bütün ölkə ərazisində səmərəli istifadə edərək vətəndaşlara yüksək səviyyəli ixtisaslaşmış yardımı yalnız paytaxtda, böyük şəhərlərdə deyil, həmçinin bölgələrdə də təşkil etməkdir. Bu səbəbdən Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan MR və digər regionlarda çalışan travmatoloq ortopedlərin bölgələrdəki vəziyyət və çatlamazlıqlarla bağlı məruzələri dinləniləcək.

Qurultayda ölkədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yollarının müzakirəsi haqda ətraflı müzakirələr aparılacaq və gələcək inkişaf yolunu müəyyənləşdirək.

Qeyd edək ki, Azərbaycanda travmatologiya və ortopediya ixtisası keçən əsrin əvvəllərindən formalaşmağa başlayıb. Hazırda bu ixtisas üzrə Azərbaycanda 100-dən artıq, əsasən Türkiyə və digər ölkələrdə rezidentura təhsili olan mütəxəssis var.

Naibə


Müəllif: