24 Fevral 2015 22:18
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi dərman preparatlarının satış qiymətinin artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev “APA-Economics”ə bildirib ki, qurum tərəfindən qiymət artımı ilə bağlı müvafiq tədbirlər görülüb.

“Dərman preparatlarının qiymətinin artırılması ilə bağlı bildiririk ki, görülmüş tədbirlər nəticəsində satış qiymətləri əvvəlki səviyyəyə qaytarılıb”, - deyə A. Əliyev bildirib.

Qeyd edək ki, bəzi saytların verdiyi xəbərə görə, dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər tərəfindən qiymətlər 24% artırılıb.


Müəllif: