25 Fevral 2015 14:07
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərb Tarixi muzeyində Xocalı soyqırımı qurbanlarının ildönümünə həsr olunmuş anım mərasim keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, veteran və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq bildirib ki, dünya tarixi dinc insanların kütləvi qətliamını həmişə dəhşətlə qarşılayıb və bu cinayəti törədənlər tarixin məhkəməsindən qurtula bilməyiblər: "Xolokost, Serebrenitsa soyqırımlarını törədənlər üzərində məhkəməni xatırlayın. Xocalı soyqırımını törədən ermənilər də tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər".

Anım mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərb Tarixi muzeyi, Mərkəzi Zabitlər Evi nümayəndələrinin və digər qonaqların çıxışları ilə davam edib.

Sonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

BƏXTİYAR


Müəllif: