25 Fevral 2015 14:20
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 15-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada keçirilən iclas çox məhsuldar olub. Bu, ikitərəfli əlaqələrimizin gücləndirilməsi istiqamətində böyük önəm daşıyır. Hazırda Türkiyə və Azərbaycan arasında illik ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılması üçün çabalarımız davam edir. Eyni zamanda deməliyəm ki, TANAP-a türkmən qazının vurulması barədə də keçən ay Aşqabadda olarkən Türkmənistan rəsmiləri ilə söhbətimiz oldu”.

Bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, bu layihələrin gerçəkləşməsində Azərbayacan və Türkiyə böyük rol oynayır: "Biz hazırda üçtərəfli formatda dövlət başçıları səviyyəsində də zirvə görrüşlərinin keçirilməsinə çalışırıq. Azərbaycan və Türkiyə daha bir üçtərəfli əməkdaşlıq formatını Qazaxıstanla qurmağa çalışır”.

Səxavət


Müəllif: