25 Fevral 2015 18:34
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabe qurumlarında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.

Teleqraf.com xəbər verir ki, penitensiar müəssisələrdə keçirilən anma mərasimlərində erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən bəşəriyyətə qarşı dəhşətli cinayət sayılan Xocalı soyqırımının ağır nəticələrindən bəhs edilib.

Bildirilib ki, Xocalı faciəsi yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra siyasi-hüquqi qiymətini alıb və onun dünya miqyasında tanıdılması istiqamətində təbliğat işlərinə başlanılıb.

Tədbirlərdə ölkə prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə geniş çatdırılması və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdirilməsi xüsusi vurğulanıb.

Qeyd edilib ki, Xocalı faciəsinin dünyada soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması üzrə mühüm işlər görülüb, ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı və mütəşəkkil aksiyalar təşkil olunub, abidə və komplekslər yaradılıb.

Tabe qurumlarda Xocalı faciəsi ilə bağlı əhatəli stendlər hazırlanıb, erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Hacı Zeynalov


Müəllif: