16 May 2014 12:19
501

Şabran rayonunda itkin düşən Qiyas Mürsəl oğlu Zalov hələ də tapılmayıb.

Bunu itkin düşən gəncin əmisi Əhmədağa Zalov deyib. Onun sözlərinə görə, Q.Zalov evdən çıxarkən bərbərə getdiyini deyib. O, hətta saçını qırxdırmaq üçün evdən iki manat pul da alıb.

"Bərbərə gedib saçını qırxdırıb. oradan çıxanda bərbər soruşub ki, hara gedirsən? Qiyas evə gedəcəyini deyib. Lakin evə gəlməyib. Kənd camaatından bəziləri Qiyası avtovağzalda gördüyünü deyirlər. Amma dəqiq hara getdiyi bilinmir. Sakit uşaq idi. Heç kimlə problemi yox idi", itkin düşən gəncin əmisi deyib.

Q.Zalovun ruhi xəstə olduğunu deyən Ə.Zalov həmçinin bildirib ki, onun tapılması üçün Şabran Rayon Polis Şöbəsinə müraciət ediblər.

Qeyd edək ki, 7 yanvar 1986-cı il təvəllüdlü Qiyas Mürsəl oğlu Zalov mayın 6-da evdən çıxıb və geri dönməyib./anspress/


Müəllif: