16 May 2014 12:30
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon polisi bu ilin aprel ayında rayonun Sarov kənd sakini Ruxsarə Həsənovanın evinə basqın edən dəstəni yaxalayıb. Dəstə Tərtər polisi və Gəncə şəhər baş polis idarəsinin əməkdaşlarının birgəkeçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaxalanıb.

Cinayəti törətməkdə təqsirli bilinənlər Gəncə şəhər sakinləri Məmməd Nəcəfov, Kənan Quliyev, və əslən Kəlbəcər rayonundan olan məcburi köçkün Teymur Nağıyev və Vahid Həmzəyevdir.

Soyğunu Gəncədə planlayan dostlar gecə Teymur Nağıyevin idarə etdiyi avtomobillə Sarov kəndinə gəlib. Teymur onları maşında gözləyib. Tərtər rayon polis şöbəsindən əldə etdiyimiz məlumata görə dostlar hadisədən bir gün əvvəl Məmməd diş həkimi olan Vidadi Həsənovun evinə xəstə adı ilə gələrək evin yerini dəqiqləşdirib.

Soyğun zamanı onlara müqavimət göstərən Vidadinı bıçaqlayan da əvvələr məhkumluğu olan Məmməd olub. Evdən 460 manat pul və 1800 manatlıq qızıl zinət əşyaları götürən dostlar əldə etdikləri qəniməti Gəncə şəhərində sataraq pulu bölüb.

Rayon polis şöbəsindən onu da bildirdilər ki, Məmməd Nəcəfova bu soyğun təkifi cəza çəkdiyo cəzaçəkmə müəsisəsində verilib. Hazırda polis bu məsələylə bağlı istintaq tədbirlərini davam etdirir.

Xatırladaq ki, 4 aprel 2014-cü ildə dəstə üzvləri ev sahibinin oğlu Vidadi Həsənovu bıçaqlayaraq evdən qızıl və zinyət əşyalarını alaraq qaçmışdı./anspress/


Müəllif: