16 Aprel 2014 19:03
556

Prezident İlham Əliyevin 16 aprel sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan İrşad Əliyev sərəncam haqda danışıb.

İrşad Əliyev qeyd edib ki, vəzifədən azad olunması haqqında sərəncamı müsbət qiymətləndirir: “Bundan da çox işləməkmi olar? Böyük hörmət, izzət göstərilib, etibar edilib, işləmişəm. İndi isə işdən azad olunmağım haqqında sərəncam verilib. Nəinki vaxtında verilmiş, hətta deyərdim ki, bir qədər yubanmış qərardır. Sərəncamı çox səmimi qəbul etdim”.

Keçmiş başçı deyib ki, yaşı 70-i ötüb və səhhəti də yaşına uyğundur.

“Vəzifədən azad olunmaq üçün müraciət etmişdinizmi?” sualına İrşad Əliyev belə cavab verib: “Belə şeyləri açıqlamağa ehtiyac yoxdur. Prezidentin sərəncamı ortadadır və mən bunu çox səmimi qəbul edirəm. Qalan məsələlərə toxunmağa ehtiyac yoxdur. 1969-cu ildən vəzifələrdə işləyirəm. Bu müddətdə müxtəlif vəzifələrdə olmuşam, dövlətin tapşırıqlarını yerinə yetirmişəm. Daha bəsdir”.

Media forum


Müəllif: