26 Fevral 2015 16:38
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə 2012-ci il aprel ayının 10-dan yaradılmış KarabakhİNFO.com beynəlxalq elektron jurnalı bu gündən etibarən fəaliyyətini dayandırıb.

Bu barədə Teleqraf.com-a interner resursun baş redaktorun müavini Zaur Əliyev məlumat verib.

Baş redaktor müavini bildirib ki, KarabakhİNFO.com beynəlxalq elektron jurnalının yaradılmasında məqsədin Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, yerli və beynəlxalq ekspertlərin fikirlərini oxucularla paylaşmaq olsa da, sayt maliyyə çatışmazlığı üzündən fevralın 26-dan fəaliyyətini dayandırıb.

Xatırladaq ki, saytın on dildə (Azərbaycan ,ingilis, erməni, alman, rus, türk, ispan, italiyan, fransız və ərəb) fəaliyyət göstərirdi. Bu isə onun onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edirdi.

Naibə QURBANOVA


Müəllif: