16 May 2014 12:48
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərovun istefa verməsi barədə məlumat vermişdik. O istefa qərarını bir müddət öncə veribmiş. Lakin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən cüdo üzrə ”Böyük dəbilqə” turnirində üzərinə düşən missiyanı yerinə yetirdikdən sonra qərarını açıqlayıb. Məsələyə aydınlıq gətirmək üçün federasiyanın mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovla əlaqə saxladıq.

Publika.az-a danışan federasiya rəsmisi vitse-prezidentin istefa qərarına belə münasibət bildirdi: “Elnur Kələntərov istefa ərizəsini təqdim etsə də, hələ ki, bununla bağlı qərar qəbul edilməyib. Onun istefa ərizəsinə yaxın zamanda baxılacaq. İndi dəqiq heç nə deyə bilmərik. Qərarın qəbul olunub-olunmaması gələn həftə bəlli olacaq”.

Aygün İlqarqızı


Müəllif: