26 Fevral 2015 18:28
1 049

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında nümayəndə heyəti Misir Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri general-polkovnik Sidqi Sübhinin dəvəti ilə cari ilin Misirdə səfərdə olub.

DSX-dan Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Silahlı Qüvvələrinin Baş komandanı general-polkovnik Sidqi Sübhi, daxili işlər naziri Məhəmməd İbrahim, Hərbi Sənaye üzrə Dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.

Müzakirələrdə ölkələr arasında münasibətlərin uğurla inkişaf etməsi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycanla Misirin müvafiq qurumları arasında əlaqələrin perspektivləri və inkişafı, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Səfər müddətində DSX nümayəndələri Misirin təhlükəsizlik və sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib.

BƏXTİYAR


Müəllif: