27 Fevral 2015 15:36
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın üzv olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hər il üzv dövlətlərin ərazisindəki müvafiq idarə və müəssisələrdə tədbirlər keçirilir.

Teleqraf.com-un məlumatına görə, SOCAR-ın idarə və müəssisələrində də Mülki Müdafiə Günü qeyd edilir.

Fevralın 27-də “Azəriqaz” İstehsalat Birliyində “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə halların qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirilib. “Həyəcan siqnalı”nın verilməsi ilə başlanmış tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib. Birliyin Baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarsında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir. Birliyin Mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin yaradıldığını vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb.

Sonda fövqəladə hallara dair maarifləndirici video materiallar nümayiş etdirilib.

Naibə QURBANOVA


Müəllif: