28 Fevral 2015 04:58
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın “Agerpres” milli agentliyinin internet səhifəsində, Bolqarıstanın “Topressa” nəşrində, Xorvatiyanın “Jutarni List” qəzetində AZƏRTAC-ın Rumıniya üzrə müxbiri İqbal Hacıyevin Xocalı faciəsi barədə məqalələri yerləşdirilib.

Xorvatiyanın “Hina” xəbər agentliyinin internet səhifəsində isə məqalələrdən istifadə olunmaqla Xocalı faciəsi barədə məlumat yayılıb. Həmçinin Azərbaycanın Rumıniya, Bolqarıstan və Xorvatiyadakı səfirlikləri tərəfindən yayılan mətbuat açıqlamaları ölkələrin xəbər agentliklərinin saytında, qəzetlərində yer alıb.

ARDNŞ-ın Rumıniya nümayəndəliyinin dəstəyi ilə isə Rumıniya Yazıçılar İttifaqının sədri Horia Qırbea və Azərbaycan-Rumıniya Dostluq Cəmiyyətinin sədri Dumitru Balanın Xocalı faciəsi barədə məqalələri bu ölkənin “Romania Libera” və “Ultima Ora” qəzetlərində yerləşdirilib.


Müəllif: