1 Mart 2015 08:44
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddəki sharh.uz portalı “Azərbaycan şəhəri Xocalıda törədilmiş soyqırımından 23 il keçir” sərlövhəli material yayıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rus dilində çap olunan məqalədə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərinə hücum edib.

Qeyd olunur ki, o vaxt 7 min əhalisi olan şəhər yerlə-yeksan edilib, əhaliyə qarşı soyqırımı törədilib. Ağdam istiqamətinə gedən əhali - qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilib. Məqalədə deyilir ki, o günlərdə Xocalıda qətlə yetirilənlərin 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsi nəticəsində 8 ailə tamamilə məhv edilib, 24 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.

Qeyd olunur ki, 150 adam haqqında hələ də heç bir məlumat yoxdur.Materialda Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinə, dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin ünvanlandığı da bildirilir.


Müəllif: