16 May 2014 15:27
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sakinlər yaralı səhra qartalını xilas edib.

Bu gün səhər saatlarında paytaxt sakinləri yaralı səhra qartalını tutub.

Sakinlərin sözlərinə görə, qartal havada digər quşlarla dalaşan zaman qanadı sınıb və yerə düşüb. Sakinlər deyir ki, yerə düşən qartalı tutmaq çətin olsa da, onu Bakı Zooloji Parkına təhvil vermək üçün ələ keçirə biliblər.

Yaralı qartal elə Bakı Zooloji Parkına aparılıb. Müayinə zamanı məlum olub ki, qartalın səhhətində ciddi problem yoxdur. Qartal müayinədən sonra qəfəsə salınıb./anspress/


Müəllif: