16 May 2014 15:35
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında 5 qanun layihəsi qəbul edilib.


AzVision.az xəbər verir ki, bunlar “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun, “Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununda dəyişiklik edilməsi barədə, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədə qanun və “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədədir.


Belə ki, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunu ləğv edilərək Vergi Məcəlləsinə daxil edilib. Bununla da, bağçalar Vergi Məcəlləsinə uyğun olaraq, 10 il müddətinə vergidən azad edildi


Müəllif: