16 May 2014 15:48
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-dən 30-dək Turku şəhərində (Finlandiya) Hərbi Dəniz Qüvvələrinin baza mina-tral gəmisinin 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, həmçinin Azərbaycan-ABŞ iş planına əsasən mayın 19-dan 23-dək Buxarest şəhərində (Rumıniya) Xəzər dənizi və Qara dənizin təhlükəsizlik məsələləri üzrə 9-cu simpozium, mayın 19-dan 23-dək Bakı şəhərində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Böhranlara cavab vermə əməliyyatlarında MTT dəstəyi" mövzusunda təlim kursu, mayın 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) Kütləvi Qırğın Silahları barədə xəbərdarlıq, məlumatların ötürülməsi sistemi və prosedurları kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək.

BƏXTİYAR


Müəllif: