4 Mart 2015 18:07
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV Respublika konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Mobil Məcidov çıxış edərək bildirib ki, müasir cəmiyyətin yeni mərhələsinin özünəməxsus xüsusiyyətləri var ki, onların bəziləri cəmiyyətin, yeni inkişaf mərhələsinə qədəm qoymağa xidmət edirsə, bəziləri isə milli-mənəvi dəyərlərin tənəzzülünə gətirib çıxarır: “Bunun üçün də cəmiyyətin bütün üzvlərinin maariflənməsinə ehtiyac var. Cəmiyyəti silkələyən gender və ailə münasibətlərində təzahür edən problemlər həyəcan təbili çalmaqdadır. Dövlətimiz bu istiqamətdə bütün vacib təbdirləri görür, qanunlar və qanunvericilik aktları qəbul edilir, beynəlxalq standartlara uyğun olaraq müxtəlif istiqamətlərdəki məcəllələrdə dəyişiklər edilir. Azərbaycanda gender və ailə məsələlərinin bugünkü durumunu müzakirə etmək, problemlərin həlli yollarını aramaq və təkliflər irəli sürmək üçün alimlər və məmurlar Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bir araya gəliblər”.

Qeyd edək ki, ötən il-lərdə (2012,2013,2014-cü illər) Akademiyada keçirilmiş konfranslarda ölkəmizdə tanınmış mütəxəssislərin iştirakı ilə Azərbaycanda gender problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər, sülh və təhlükəsizlik şəraitində gender problemlərinin həllində BMT-nin rolu, müxtəlif məsələlər müzakirə edilib.

Tədbirdə BDU-nun “Gender və tətbiqi psixologi-ya”kafedrasının müdiri, Rəna İbrahimbəyova “Müasir dövrdə ailə institutu”, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Qadın alveri insan alveri kontekstində”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırma şöbəsinin müdiri Elgün Səfərov “Azərbaycanda ailə hüququnun inkişafında yeni institut: ailədə və məişətdə zorakılığın qarşısının alınması”, AR İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə “Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin ailə-gender münasibətləri sisteminə təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransın sonunda gender və ailə problemləri mövzusunda kitabların təqdimatı keçirilib.

İLHAMƏ


Müəllif: