5 Mart 2015 12:16
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və təlafatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirilir.

Tədrbirdə çıxış edən Komitə sədri Mübariz Qurbanlı bildirib ki, ermənilər beynəlxalq hüquq normalarından kənara çıxaraq Azərbaycan torpaqlarına qarşı işğal həyata keçirib. Onun sözlərinə görə, bu işğal nəticəsində insanlara qarşı soyqırımı etməklə bərabər, həmin ərazilərdəki bütün infrastrukturu, tarixi, mədəni və dini abidələri məhv ediblər: “Beynəlxalq hüquqda həm də o qeyd edilir ki, işğal edilmiş ərazilərdə dağıdılan infrastruktur və abidələrlə bağlı təzminat tələb qanunidir. Biz də bu hüququmuzdan istifasdə edərək, erməniləri fakt qarşısında qoymalıyıq. Hazırda 1000-ə yaxın dini abidə işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilərin tapdağı altında qalıb. Lakin biz bu gün bu abidələrin qiymətləndirilməsini aparmalıyıq və beynəlxalq aləmə təqdim etməliyik. Çünki bu gün bunu etməsək, ermənilər hələ erməniləşdirilməyən abidələri özününküləşdirə bilməsinlər”.

Millət vəkili Xanhüseyn Kazımlı deyib ki, 1994-cü ildən bu günədək beynəlxalq aləmdə Azərbaycan tərəfindən işğal olunan ərazilərdəki dağıntılar və tələfat barədə məlumat verilir. Onun sözlərinə görə, bu gün əldə olunan iqtisadi uğurları torpaqlarımızın 80 faizi ilə əldə etmişik: “Çünki bu gün 20 faiz münbit torpaqlarımız işğal altındadır. İşğal altında daşınan və daşınmayan milli tarixi mədəni abidələr var. Ümumilikdə 901 rəsmi qeydiyyatdan keçən tarixi mədəni abidələr olub. Onlardan 609-u yerli, 285-i respublika, digəri isə beynəlxalq əhəmiyyətli abidələrdir. Bu abidlərə dəymiş ziyanlar beynəlxalq və yerli ekspertlər tərəfindən qiymətləndirilməsi üçün İşçi Qrupu yaradılıb. Ölkə rəhbərliyi tərəfindən bu abidlərlə bağlı qiymətləndirilməsi və hüquqi qaydada təzminat tələb edilməsi qarşıya məqsəd qoyulub. Eyni zamanda rəsmi qeydiyyata alınmayan 1500 adda müxtlif təyinatlı abidələr barədə də işlərimiz davam etdimişik.

Bəxtiyar


Müəllif: