5 Mart 2015 13:20
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin proqnoza görə, 8 mart günü Bakı və Azərbaycanın əksər rayonlarında hava küləkli olacaq.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, lakin martın 6-7-də Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Bakı və Abşeron yarımadasında martın 6-da dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında martın 6-da havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.


Müəllif: