6 Mart 2015 12:52
328

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı ölkə qadınlarını, xanım deputatları təbrik edib.

Teleqraf.com xəbər verir ki, millət vəkili daha sonra təklif edib ki, Ombudsman öz imkanlarından istifadə edərək Avropa Yay Olimpiya Oyunlarının tanıdılması işində aktiv olsun: “Biz bilirik ki, erməni diasporu, Azərbaycanı sevməyən qüvvələr var. Onlar beynəlxalq hüquq müdafiə təşkilatlarını maliyyələşdirirlər. Dünyada insan hüquqları sahəsində ictimai rəyi beynəlxalq hüquq müdafiə təşkilatları yaradır. Odur ki, Elmira Suleymanova da imkanlarından və nüfuzundan istifadə edərək bəzi şəxslərin azadlığa çıxmasına nail olsun və bu beynəlxalq idman yarışına kölgə salmaq istəyənlərə imkan verilməsin”.

Deputat daha sonra deyib ki, bazar iqtisadiyyatı şəraitində qiymət tələb və təklif əsasında formalaşır. O, dövlət qurumlarını bu məsələyə müdaxilə etməməyə çağırıb: “Bizə çoxlu sayda müraciətlər daxil olub. İstərdim ki, bu məsələyə Ombudsmanın diqqətini çəkim”.


Nemət


Müəllif: