6 Mart 2015 18:25
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cavab verəndə də qeyri-etik müraciət edirlər. Kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikyətçinin adı da yazılmır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.
Deputat xırda məmurların ünvanına sərt tənqidlər səsləndirib. O, məmurların vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib. Deputatın sözlərinə görə, bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir: “Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən”.

Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.

Nemət


Müəllif: