17 May 2014 10:26
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə oğul ögey anasının boğazını kəsib.

Əslən Bərdə rayonunun Qazaxlar kəndindən olan 58 yaşlı Nüşabə Mehdiyeva həyat yoldaşının gözü qarşısında ögey oğlu tərəfindən bıçaqlanıb.

Anspress-in məlumatına görə, qətlə yetirilənin qardaşı Arif Mehdiyev deyib ki, sərxoş vəziyyətdə evə gələn Tərtər rayon sakini Pərviz Göyüşov Nüşabəyə bıçaqla hücum edib. Qonşuya qaçan qadının arxasınca gedən Pərviz orada da Nüşabə Mehdiyevaya çoxsaylı bıçaq zərbələri vuraraq boğazını kəsib.

Mərhumun yaxınlarının sözlərinə görə, hadisə zamanı qadının həyat yoldaşı Karlar Göyüşov arvadını xilas etməyə çalışsa da oğlunun qarşısını ala bilməyib.

Qeyd edək ki, Tərtər rayon sakini Karlar Göyüşov 22 il əvvəl Nüşabə Mehdiyeva ilə ikinci dəfə ailə qurub. Əvvəlki evliliyindən 4 övladı, Nüşabə Mehdiyevadan isə 15 yaşında bir oğlu var.

Hadisə ilə bağlı Nüşabənin həyat yoldaşı danışmaq istəmədi. Pərviz Göyüşov isə artıq Tərtər polisi tərəfindən saxlanılıb. Hadisənin baş vermə səbəbi Tərtər rayon prokurorluğunun araşdırmasından sonra məlum olacaq.


Müəllif: