8 Mart 2015 20:20
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 8 Mart qadınlar günündə Bakının mərkəzi küçələrində avtomobil idarə edən xanım sürücülər hər il olduğu kimi, bu il də hədiyyəsiz qalmadı. Yol polisi əməkdaşları qayda pozuntusuna yol verməyən xanım sürücüləri gülər üzlə qarşılayıb hədiyyələrlə yola saldı.

Respublika Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu gün paytaxt küçələrində avtomobil idarə edən bütün xanım sürücüləri saxladı. Amma bu dəfəki, saxlamanın məqsədi fərqli idi. Cərimə yazmağa deyil, təbrik etmək üçün idi.

Xanım sürücülər əvvəlcə yol polisinin onları saxlamasından həyacanlansalar da, sonra vəziyyəti anladılar.

Polisin hədiyyə təqdim etməsi isə onları əməli başlı təəccübləndirdi.

Respublika Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, bəlkə də qadın sürücüləri saxlayanda, onlar yol polisinin hər hansı bir iradına tuş gələcəklərini gözləyirdilər. Amma yol polisinin bü günkü münasibəti qadın sürücülər üçün bir sürpriz oldu. Biz də bütün xanımlara, analar, bacılara yollarda təhlükəsiz yol arzulayırıq. Və arzu edirik ki, hər bir xanım zərif bir cinsin nümayəndəsi olduğunu düşünsün və yollarda bütün hərəkət iştirakçılarına nümunə olsunlar.

Respublika Dövlət Yol Polis İdarəsin artıq bir neçə ildir ki, bu layihəni həyata keçirərək 8 Mart günü yollarda xanım sürücüləri təbrik edir.


Müəllif: