9 Mart 2015 00:40

Bakının Nəsimi rayonunda yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 115 kv.m olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 3 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: