9 Mart 2015 15:03
2 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ödəmə terminalından pul oğurlamış Abşeron rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 6-da N.Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında quraşdırılmış "Milli Ön" terminalından 1430 manat oğurlanıb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.


Müəllif: