10 Mart 2015 15:26
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir.

Teleqraf.com Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Novruz bayramında tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər, yandırılan şamlar nəzarətsiz qalmamalı, əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!

İLHAMƏ


Müəllif: