11 Mart 2015 10:08

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

BƏXTİYAR


Müəllif: