11 Mart 2015 18:05
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Coğrafiya İnstitutunun direktorunun məktubuna Rusiyanın müdafiə naziri cavab verib

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun prezidenti olduğu Rusiya Coğrafiya Cəmiyyətindən Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun müraciətinə cavab məktubu gəlib.

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhədinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı müraciətinə Rusiya Coğrafiya Cəmiyyətinin Birinci vitse-prezidenti N.S.Kasimov tərəfindən baxılıb.

Məktubda deyilir: “Sözsüz ki, Sizin təklifiniz böyük maraq doğurur və mən Sizin Azərbaycan Respublikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqındakı təklifinizin Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən dəstəkləndiyini bildirməyimə çox şadam. Biz həmin ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin "Avrasiyanın çöllər aləmi” layihəsi üzrə tədbirlər sırasına daxil etməyi təklif edirik. Bu layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub”.

Məktubun sonunda vitse-prezident Rusiya və Azərbaycan cəmiyyətləri arasında gələcək uğurlu və məhsuldar əməkdaşlığa ümid bəslədiyini vurğulayıb.

NİGAR


Müəllif: