12 Mart 2015 15:58
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 16-da Hacıqabul şəhərində, Hacıqabul rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Teleqraf.com xəbər verir ki, qəbulda yalnız Hacıqabul, Sabirabad, Saatlı, İmişli rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Hacıqabul rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Hacıqabul şəhəri, Asif Abdullayev küçəsi 13) 15 mart 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az

İLHAMƏ


Müəllif: