12 Mart 2015 17:53
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Amerika günləri” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Mübariz Qurbanlı ölkəmizin tolerantlıq ənənələri, dövlətin multikultutalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışaraq bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub. Onun sözlərinə görə, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.

Corctaun Universitetinin imamı Yəhya Hendi Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq qeyd edib ki, artıq ikinci dəfədir ölkəmizə səfər edir. Qonaq bildirib ki, Azərbaycan ona doğma ölkədir və burada sürətlə gedən inkişaf prosesi onu sevindirir.

Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Yəhya Hendi ölkəmizdəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, ölkəmizin tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.

BƏXTİYAR


Müəllif: