13 Mart 2015 16:46

Bakıda ilaxır çərşənbə münasibətilə atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, martın 17-də saat 11:00-da Azneft meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu, Atəşgah məbədindən milli geyimli oğlan və qızların musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirəcəkləri odla saat 19:00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq.

İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyəti hər kəsi konsertə və atəşfəşanlığa dəvət edir.


Müəllif: